Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxsə cinayət işi başlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, Tovuz rayon sakini Ə.Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədi ilə qaçması ilə əlaqədar S.Kavazov barəsində cinayət işi açılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Rəylər