Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tovuzda 71 yaşlı qadının diş protezini oğurlayıb qətlə yetiriblər - HÖKM
Tovuz rayonunda 71 yaşlı ev sahibi İntizar Bağırovaya qarşı soyğunçuluq edərək qətlə yetirməkdə təqsirləndirilən qeyri-rəsmi ər-arvad münasibətində yaşayan kirayəçilər Aynaz Alıyevaya və Elçin Əliyevə hökm oxunub.
"Report" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə Aynaz Alıyeva 12 il, Elçin Əliyev isə 2 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib.
İttihama görə, Aynaz Alıyeva kirayədə yaşadıqları evdə həmin evin sahibi 71 yaşlı İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxıb, daha sonra isə taxta ilə vuraraq qətlə yetirib.
Həmçinin o, qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Elçin Əliyevlə əlbir olaraq ayrı-ayrı vaxtlarda İntizar Bağırovanın diş protezlərini, eləcə də qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli biliniblər.
A.Alıyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 177.2.1-ci (oğurluq) və 177.2.2-ci (təkrar oğurluq), Elçin Əliyev isə 177.2.1-ci (oğurluq) və 177.2.2-ci (təkrar oğurluq) maddələri ilə ittiham olunublar.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Görüşdüyü 50 yaşlı qadını öldürən məktəbliyə 10 il cəza verildi
- Arayik Arutyunyan: "İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi"
- Fiziki məhdudiyyətli uşağın bədəninə damğa vurub işgəncə ilə öldürən şəxsə HÖKM OXUNDU
- Azərbaycanda DƏHŞƏTLİ QƏTL - Atasını öldürən yeniyetmə meyiti anası və qardaşı ilə birgə çaya atıb
- Bakıda küçədə 24 yaşlı oğlanı silahla qətlə yetirməkdə təqsirləndirilən hərbçiyə hökm oxunub