Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun öldürülməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.
Oxu.Az-ın "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış.
N.Qurbanov hadisə günü müharibədə şəhid olmuş döyüş yoldaşının anım tədbirində iştirak etmək üçün Tovuza gedib.
Tədbirdən sonra Tovuzun Xəqani küçəsində bir qrup şəxs arasında münaqişə yaranıb. Nəticədə Ü.Abdullayev və Nizami Qurbanov bıçaq xəsarətləri alıblar. Nizaminin həyatını xilas etmək mümkün olmayıb.
Qətli törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Ağdam sakini Elnur Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Nizami Qurbanovla əvvəldən tanış olmadığı bildirilir.
N.Qurbanov ailənin tək oğul övladı olub.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Nizami Qurbanov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Digər sakin - 1988-ci il təvəllüdlü Ülvi Abdullayev isə yaralanaraq xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Elnur Sadıqov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, mərhum Nizami Qurbanov Neftçala rayonunun Xol Qarabucaq kəndindəndir. O, Tovuzda kirayədə qalırmış. N.Qurbanov 44 günlük Vətən müharibəsində iştirak edərək yaralanıb və göstərdiyi şücaətlərə görə müxtəlif medallarla təltif olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İqbal Ziya
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində Nizami Qurbanov ölüb, Ü.Abdullayev isə yaralanıb.
1988-ci il təvəllüdlü Ü.Abdullayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində Ü.Abdullayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə və Nizami Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə zamanı Neftçala rayon sakini, 1986-cı il təvəllüdlü Nizami Qurbanov, Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Elnur Sadıqov, həmçinin 1988-ci il təvəllüdlü Ülvi Abdullayevin spirtli içkinin təsiri altında olduqları bildirilir.
Cinayətin də sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zəminində törədildiyi ehtimal olunur.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
