Podmoskovyenin polisləri qanunsuz silah və sursat saxlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Moskva vilayətinin DİN Dİ-nin mətbuat xidməti bildirib.
“Moskva vilayətinin DİN Dİ-nin əməkdaşları “Balaşixinsk” DİN İdarəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri keçirərək 45 yaşlı əslən Azərbaycan Respublikasından olan şəxsi saxlayıblar”, - məlumatda deyilib.
Saxlanılan şəxsin evində əməliyyatçılar üç tapança və güllə tapıblar. Kişi, polislərə sursatların ona aid olduğunu və yaxınlıqdakı bazardan əldə etdiyini etiraf edib. Tapılan əşyalar təhlil edilib. 20 güllə hərbi, üç əldədüzəlmə tapança isə atəş açmaq üçün yararlıdır.
“Silahın, onun əsas hissələrini və sursatın qanunsuz saxlanılması, daşınması və gəzdirilməsi” maddəsi ilə cinayət işi açılıb. Kişiyə dörd il müddətinə azadlıqdan məhrum edilmə cəzası tətbiq edilə bilər.