Kompleks Qazma İşləri Tresti “Pirallahı adası” yatağında 3 yeni quyuda qazma işlərinə başlayıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
SOCAR-ın məlumatına görə, 1189 nömrəli quyunun layihə dərinliyi 640 metr, 1181 nömrəli quyunun layihə dərinliyi 740 metr, 1143 nömrəli quyunun layihə dərinliyi isə 870 metrdir.
Qeyd edək ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulub.