Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vətəndaşı intim görüntülərlə hədələməkdə təqsirləndirilən sabiq deputat barədə qərar verildi
Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda Nazim Bəydəmirli ittihamı qəbul etməyib.
Qeyd edək ki, eks-deputat 2023-cü ilin iyulunda həbs olunub.
İttihama görə, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib.
N.Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Rəylər