Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Vətəndaşlara 113 min manat dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, müxtəlif vaxtlarda beş nəfərin 80 000, 20 000, 8 000, 2 000 və 3 500 manat olmaqla ümumilikdə 113 500 manat pullarının aldadılaraq alınması, bir nəfərin isə onu aldadan şəxsin hesabına 2 000 manat ödətdirməsi barədə polisə məlumatlar daxil olub.
Paytaxtın Xəzər, Nəsimi, Nizami və Yasamal rayonlarında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Şirinov, A.Zeynalov, C.Hacıyev və S.Mənsimov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- İcarəyə götürdüyü avtomobili hissələrə bölüb satan şəxs CƏZALANDIRILDI
- Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
- DİN vətəndaşlara kibertalamalarla bağlı çağırış edib
- Tahir Qədəşov "Atlant" üzərindən həbsi götürmək üçün hərəkətə keçib - Qalmaqallı dələduzluq işi
- Nizami Alışan məhkəmədə sinif yoldaşı ilə üz-üzə gəldi