Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vətəndaşların evlərini qanunsuz sökdürən MTK rəhbəri ilə bağlı QƏRAR
Ali Məhkəmədə əmlakı qəsdən məhv etmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Dərgah Nəsirovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən zərərçəkmiş şəxslər (mülki iddiaçılar) apellyasiya şikayəti verib. Onlar hökmün dəyişdirilməsini, Dərgah Nəsirova maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının yuxarı həddində cəza təyin edilməsi barədə, əmlakın dəyərinin real bazar dəyərinə uyğun hesablanaraq ödənilməsi barədə və baxılmamış mülki iddialarının baxılmasının təmin edilməsini istəyiblər. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra həmin şəxslər kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.
İttihama görə, Bakıda yerləşən MTK-lardan birinin rəhbəri olan Dərgah Nəsirov zərərçəkmiş Eynar Məmmədov və Elnarə Şahinin Nərimanov rayonundakı mənzillərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz sökdürüb. O, həmin şəxslərə ümumilikdə 450 198 manat ziyan vurub.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
- Azərbaycanda ilk dəfə olaraq vahid "Məhkəmə Çağrı Mərkəzi" istifadəyə verilib
- Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır
- Sumqayıtda şirkətdə mühasiblər dava etdilər, elektron qolbaq taxıldı
Rəylər