Oktyabrın 8-də Goranboy rayonunda Ziyad Əhmədovu bıçaqla qətlə yetirən Mirhadı Bağırov barədə əlavə məlumat ortaya çıxıb.
Oxu.Az-ın məlumatına görə, M.Bağırov hələ beş il əvvəldən cinayətə meylli şəxs kimi tanınıb.
Elə bu səbəbdən də bir neçə dəfə polis orqanlarına gətirilərək onunla profilaktik iş aparılıb, xəbərdarlıqlar edilib.
M.Bağırovun cinayətə meylli olması onun valideynlərini də çox narahat edirmiş. O isə hər dəfə həm polis orqanlarına, həm də öz valideynlərinə söz verirmiş ki, bundan sonra belə hərəkətlərə yol verməyəcək.
Qeyd edək ki, oktyabrın 8-də Goranboy rayon prokurorluğu Kənd Təsərrüfatı Nazirliyinin Goranboy rayonundakı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 1958-ci il təvəllüdlü Ziyad Əhmədov orada baş mühasib vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırov tərəfindən qətlə yetirilib.
Qeyd edək ki, faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, M.Bağırov Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə sabiq rəis müavini, polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur.
İlhamə Əbülfət
Rəylər