Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Vəzifəli şəxsin fermasını talayan mühafizəçiyə cəza verildi
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Anar Kərimlinin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Kərimli 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Anar Kərimli 2021-ci ilin sentyabrından 2022-ci il martın 2-dək olan müddət ərzində zərərçəkmiş Mahir Əsədova (şərti) məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən fermada mühafizəçi kimi işləyib. O, çalışdığı müddət zamanı ümumilikdə 73 100 manat dəyərində oğurluq edib, o cümlədən 3 300 manat dəyərində 22 baş qoyunu, 2 200 manat dəyərində olan bir baş inək və inəyin 6 aylıq balasını, 60 000 manat dəyərində olan 15 000 ədəd forel balığını, 7 500 manat dəyərində olan 5 ədəd havalandırıcı mühərriki və 4 ədəd balıqlara su vermək üçün nəzərdə tutulmuş mühərriki gizli olaraq talayıb.
Qeyd edək ki, zərərçəkmiş Mahir Əsədov şirkətlərin birində direktor müavini vəzifəsində çalışıb.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Xaçmaz polisindən ƏMƏLİYYAT - Dəstə üzvləri ƏLƏ KEÇDİLƏR
- Birinə fərdi evə çıxarış almağı, digərinə maşın satmağı vəd etdi - Həbs olundu
- Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər tutulub
- Azərbaycan futbolunda kuryoz hadisə - Futbolçunun forması oğurlandı
- Bakıda marketlərə qənim kəsilən şəxslər SAXLANILDILAR - ANBAAN VİDEO