Xaçmazda 45 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə fevralın 19-da Xaçmaz rayonunun Sibiroba kəndində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Süleyman Rzayev həmkəndlisi 1977-ci il təvəllüdlü Valeh Novruzova mətbəx bıçağı ilə xəsarət yetirib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Daha sonra S.Rzayev şübhəli şəxs qismində tutulub.