Xaçmazda oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da Daşdəmir Cavadova məxsus yardımçı təsərrüfatdan 100 kiloqram fındıq oğurlamış rayon sakinləri Pənah Əlifqanov və Eldəniz İsayev tutulmuşlar.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az