Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xaçmazda yolda daşla qətl törədən şəxsə nə qədər cəza verildi?
Gəncə Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yalçın Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yalçın Hüseynov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2023-cü il sentyabrın 15-də Xaçmaz rayonu ərazisində 1967-ci il təvəllüdlü Qərib Rzayevin öldürülməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.
İstintaqla 1996-cı il təvəllüdlü Yalçın Hüseynovun qeyd edilən tarixdə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisindən keçən hissəsində Qərib Rzayevin baş nahiyəsinə yerdən götürdüyü daşla zərbələr vuraraq xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Yalçın Hüseynova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilib.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Azərbaycanda DƏHŞƏTLİ QƏTL - Atasını öldürən yeniyetmə meyiti anası və qardaşı ilə birgə çaya atıb
- Bakıda küçədə 24 yaşlı oğlanı silahla qətlə yetirməkdə təqsirləndirilən hərbçiyə hökm oxunub
- İranda dəhşətli qətl: Qadın atası və qardaşı tərəfindən 16 güllə ilə vurularaq öldürüldü
- 38 yaşlı qadın dayısı tərəfindən qətlə yetirildi - İDDİA + Hadisə yerindən GÖRÜNTÜLƏR
- Arvadını öldürməkdə şübhəli bilinən kişi ilə bağlı YENİ FAKTLAR: "Qulaq kəsib, həbs edilməyib"