Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
"Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatdan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən altı avtomat silahı, iki tüfəng, iki qumbara, üç süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursat, Xocavənd rayonu ərazisindən bir pulemyot, 29 qumbara, iki süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1 776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə bir avtomat silahı, bir tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1 650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb", - deyə məlumatda qeyd olunub.
"Silah-sursat" teqi üzrə xəbərlər
- Ağcabədi polisləri tərəfindən altı silah götürülüb
- Bakıda küçədə əl qumbarası aşkarlanıb
- "Köhnə dünya sıradan çıxır, yeni dünya formalaşır": Bəşəriyyət fəlakətlərin bir addımlığında
- Ukrayna ordusunda hərbçilərin ehtiyatsızlığı partlayışa və ekoloji fəlakətə səbəb oldu
- Xankəndi, Xocavənd və Xocalı ərazisindən xeyli silah-sursat aşkarlanıb
Rəylər