Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xankəndidə üzərində süngü-bıçaq gəzdirən şəxs cəzalandırıldı
Xankəndi şəhərində üzərində süngü-bıçaq gəzdirən şəxs saxlanılıb.
"Qaynarinfo"nun məlumatına görə, həmin şəxs, 14 avqust 1984-cü ildə Tərtər rayonunun Rəcəbli kəndində doğulmuş Asif Mehdiyev (şərti) "Bakı Abadlıq Xidməti"ndən fəhlə kimi işləmək üçün Xocalı rayonunun Malıbəyli kəndinə ezam olunubmuş.
O, axşam saatlarında iş yoldaşı ilə Xankəndi şəhərinə gəzməyə gedib. Şəhər ərazisində olan zaman yerdə "Kalaşnikov" avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçaq görüb. Təqsirləndirilən şəxs həmin bıçağı cibinə qoyaraq, üzərində gəzdirib. Bundan təxminən bir neçə saat sonra Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 il 11 ay 26 gün müddətinə islah işləri cəzası təyin edilib.
"Xankəndi" teqi üzrə xəbərlər
- Xankəndidə ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
- "Meqa Sığorta" şirkətlər qrupu Xankəndidə filial açdı
- Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub
- Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanılıb
- Səhiyyə Nazirliyi Qarabağ Universitetində maarifləndirmə aksiyası təşkil edib
Rəylər