Bakının Əhmədli qəsəbəsində 46 yaşlı kişini bıçaqlayan şəxs müəyyən olunub.
Oxu.Az-ın məlumatına görə, 1979-cu il təvəllüdlü Cəfər Vəliyevin qarın və döş boşluğuna 2 ədəd bıçaq zərbəsi yetirən İbrahim Əliyev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Məhərrəm Əliyev
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində iki nəfər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
Oxu.Az xəbər verir ki, 1993-cü il təvəllüdlü İbrahim Əliyev 1979-cu il təvəllüdlü Cəfər Vəliyevin qarın və döş boşluğundan daxilə nüfuz edən 2 ədəd bıçaq zərbəsi yetirib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.