“Xəzər” televiziyasında “Ləziz dad” proqramının bıçaqlanan aparıcısı Ağakərim Şamidzadə palataya köçürülüb.
Oxu.Az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdə müalicə alan aparıcının Publika.az-a bildirdiyinə görə, hadisənin necə baş verməsini xatırlamır: “Özümü yaxşı hiss etmirəm. Ağrılarım çoxdur. Reanimasiyadan palataya yenicə köçürülmüşəm. Həkimlər də səhhətimin normallaşması istiqamətində əllərindən gələni edirlər. İnşallah, hər şeyin yaxşı olacağına ümid edirəm”.
Xatırladaq ki, dünən axşam Bakının Yasamal rayonunda Yaşar Abdullayev ünvanda Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb. Elvin Şirinov ona 3 bıçaq zərbəsi vurub. O, təcili olaraq Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
11:16
Bakının Yasamal rayonunda “Xəzər“ TV-də yayımlanan “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadəni bıçaqlayan şəxs tutulub.
Oxu.Az xəbər verir ki, Yasamal rayon prokurorunun köməkçisi Şahin İmanovun ANS PRESS-ə verdiyi məlumata görə, aparıcını bıçaqlayan Elvin Şirinov adlı qonşusu olduğu müəyyənləşib.
Keçirilən əməliyyat nəticəsində onu saxlayıblar.
Qeyd edək ki, Bakının Yasamal rayonu Yaşar Abdullayev küçəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı “Xəzər” televiziyasında “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb. Qonşuların verdiyi məlumata görə, hadisəyə səbəb Ağakərimin avtomobilinə oturan qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamanı Elvin Şirinov adlı şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.
Hadisədən sonra yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan zərərçəkənin həyatını həkimlər xilas edə biliblər.
09:40
Bakının Yasamal rayonu Yaşar Abdullayev küçəsində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən bildirir ki, hadisə zamanı “Xəzər” televiziyasında “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb.
Qonşuların verdikləri məlumata görə, hadisəyə səbəb Ağakərimin avtomobilinə oturan qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamanı Elvin Şirinov adlı şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.
Hadisədən sonra yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan zərərçəkənin həyatını həkimlər xilas edə biliblər.
Hadisədən sonra ərazidə Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Bölmədən verilən məlumata görə, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.