Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.
“Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində Cavidin itkin düşməsi ilə bağlı onunla tez-tez qumar oynadığı bildirilən idman müəllimi danışıb.
O, Cavidi tanıdığını amma iki il öncə əməliyyat keçirdiyi üçün yaddaşını itirdiyini bildirib:
“Ola bilər qumar oynamış ola bilərəm. Cavidin heç bir çətinliyinin, sıxıntısının olduğunu görməmişəm. İllər öncə nə olduğunu xatırlamıram. Dərsə də gündəlik olaraq hazırlaşıb gedirəm”.
Yaddaşını itirən idman müəllimi itkin düşən Goranboy sakini ilə bağlı: “Qumar oynayırdıq” - VİDEO
Rəylər