Martın 4-də Sabunçu rayonunun kafelərindən birində bıçaqlanma hadisəsi baş verib. Cinayətin qurbanı yerli sakin, 34 yaşlı Ramil Mayılov olub. Mayılov qarın nahiyəsində deşilmiş yara ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Sabunçu rayon Polis İdarəsindən bildiriblər.
Xəbər verildiyi kimi hadisə Bakıxanov qəsəbəsində yerləşən “Yaşıl ada” kafesində baş verib.
Belə ki, Ramil Musayev və onun tanışı kafeyə yemək yeməyə gəliblər. Süfrəyə içkinin də qoyulmasını istəyiblər. Yeyib-içdikdən sonra onlar mübahisə etməyə başlayıblar. Mübahisə isə Mayılovun tanışının bıçağa əl ataraq Ramilin qarın nahiyəsinə zərbə yetirməsi ilə nəticələnib.
Cinayəti törədən şəxs tanışını qan içində qoyaraq, hadisə yerindən qaçıb.
13-cü polis bölməsinin əməkdaşları aparılan tədbirlər nəticəsində şübhəli bilinən şəxsi saxlayıblar.
İlkin dindirilmə zamanı saxlanılan şəxs, həddən artıq sərxoş olduğu üçün Mayılov ilə aralarında olan mübahisənin səbəbini xatırlamadığını bildirib.
E.Ə.
www.oxu.az