Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yeddi yaşlı Fəridin atası bəzi DETALLARI açıqladı: “Məşqçi az qalıb ki, arvadıma da əl qaldırsın” - VİDEO
“Fəridin döyülməsi ilə bağlı videonu dünən gördüm. Həqiqətən də, dəhşətə gəldim və görüntülər mənə çox təsir etdi. Müəllim kimdir axı, uşağıma əl qaldırsın?..”
Bu fikirləri News24.az-a açıqlamasında yeddi yaşlı Fərid Bakarovun atası Revaz Bakarov deyib. O, açıqlamasında bəzi detalları qeyd edib:
“Mehman istəyirdi ki, Fərid tələbəsi kimi yarışlarda yüksək yer tutsun və onun adını qaldırsın. Üç-dörd ay olardı ki, onunla məşğul olurdu. Əvvəllər onların videolarını görmüşdüm və hər şey normal idi. Bu videonu gördükdə dəhşətə gəldim. Yeddi yaşlı uşağın nə canı var?! Əgər narazı idisə, deyərdi ki, gətirməyin. Uşağım bir gün sonra yarışa çıxmalı idi. Hadisə baş verən gün anası da orada olub, mən işdə olmuşam. Məşq zalında səs-küy olub, anası səs-küyü eşidib, iki dəfə içəri keçib. Amma məşqçi az qalıb ki, anasına da əl qaldırsın. Deyib ki, “qız kimi böyütmə”. Məşqdən sonra Fərid çox halsız olub. Hətta uşaq altını isladıb”.
Fəridin atası video ilə bağlı da bəzi faktları qeyd edib:
“Video təmiz çəkilməyib, amma 99 faiz həmin zaldır. Ziyadla Fərid eyni köynəkdə olanlardır. Orada vəhşicəsinə Fəridin və digər uşağın saçından tutub qaldırıb və dəfələrlə zərbələr endirib. Bu, insanlıq deyil, heyvanlıqdır, vəhşilikdir! Ondan qabaq da uşaq döyülmüşdü, çünki uşağı oraya gətirəndə halsız idi. Mən axıra qədər bu işin arxasınca gedəcəyəm. Fikirləşməsinlər ki, azad olub, çıxacaq. Ona ən ağır cəzanın verilməsini istəyirəm. Əlaqədar qurumlardan, hüquq-mühafizə orqanlarından mənə köməklik göstərilməsini xahiş edirəm”.
Rəylər