Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yeddi yaşlı uşağın ölümündə təqsirləndirilən məşqçinin ilkin ifadəsi MƏLUM OLDU
Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun ilkin ifadəsi məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, Sumqayıt Şəhər Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini deyib.
Mehman Xəlilov uşağın ölümündə günahkar olmadığını bildirib.
Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərardan apellyasiya şikayəti verilməyib.
Qeyd edək ki, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Rəylər