Rusiyada Orta Uralın paytaxtında böyük həcmli heroin partiyası aşkar edilib.
Oxu.Az Novıy region-a istinadən xəbər verir ki, azərbaycanlı idxal üçün 1 kq 775 qram narkotik hazırlayıb.
Narkotik Solikamskaya küçəsi, ev 5 ünvanında aşkar edilib, bu evdə 42 yaşlı Azərbaycan vətəndaşı yaşayırdı. Sverdlovsk vilayəti üzrə Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmət İdarəsinin mətbuat xidmətində bildirilib ki, 275 qram heroin olan kağız bağlama komodda, 1,5 kq heroin olan bağlama evin küncündə tapılıb. Kişi heroini idxal məqsədi ilə saxlayıb.
Azərbaycanlı saxlanılıb, hal-hazırda o, Yekaterinburqun müvəqqəti saxlama izolyatorundadır. Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Cinayətə hazırlıq” və “Narkotik vasitələrin qanunsuz saxlanılması, satışı və ötürülməsi” maddələri üzrə cinayət işi açılıb. Bu maddə üzrə 15 ildən 20 ilə qədər azadlıqdan məhrum edilmə, 1 milyon rubl cərimə və ya ömürlük həbs cəzası tətbiq edilə bilər.