Yekaterinburqda “4 saylı Ərzaq bazası” MMC-də hazırda əməliyyat-istintaq tədbiri həyata keçirilir.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
İlkin məlumata görə, bazanın “təmizlənməsi” 200-ə yaxın adamın saxlanıldığı dünənki xüsusi əməliyyatın davamıdır.
Xatırladaq ki, martın 30-da Uralmaşda kafelərin birində kriminal avtoritetlərin toplantısı olub.
Saxlanılan avtoritet azərbaycanlıların arasında “4 saylı Ərzaq bazası” MMC-nin “briqadir”lərindən biri Zaur Həsənov da olub.
Qeyd edək ki, “4 saylı Ərzaq bazası” – Sverdlovsk vilayətinə gətirilən bütün meyvə və tərəvəzin keçdiyi əsas anbardır.