Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yevlaxda arvadını öldürən ərin anası danışdı - YENİLƏNİB + VİDEO
Xəbər verdiyimiz kimi, martın 2-də Yevlax şəhərində Həsrət Bəkirov ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürüb.
Hadisədən sonra Həsrət Bəkirov könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
H.Bəkirovun anası Diliş Bəkirova hadisə ilə bağlı Baku TV-yə danışıb. Ananın sözlərinə görə, oğlu qətli törətdikdən sonra onu oyadaraq gəlinin qan içində olduğunu söyləyib: “Qonşularımı çağırdım ki, gəlinim ölüb, kömək edin. Oğlumun uşaqlıqdan psixi xəstəliyi olub”.
Yaxınlarının sözlərinə görə, H.Bəkirovun psixoloji problemləri olub. Hətta bir müddət Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alıb. Ancaq sonradan oradan qaçıb.
Daha ətraflı süjetdə:
09:27
Yevlax şəhərində qətl törədilib.
Yevlax Rayon Prokurorluğundan Oxu.Az-a bildirilib ki, fərdi yaşayış evlərindən birində martın 2-də, saat 3 radələrində 1987-ci il təvəllüdlü Laləzar Bəkirovanın öldürülməsi barədə məlumat alıblar.
İlkin araşdırmalarla 1986-cı il təvəllüdlü Həsrət Bəkirovun ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Həsrət Bəkirov könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Rəylər