Yevlaxda 36 yaşlı şəxs atasını bıçaqlamaqda şübhəli bilinir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin oğlu, 1989-cu il təvəllüdlü Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Yevlax rayonunda oğulun atasını bıçaqladığı bildirilir.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Havarlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Hüsü Qara oğlu Talıbov aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.
İlkin məlumata görə, onu ailə münaqişəsi zəminində oğlu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.