Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
140 min dollarlıq avtomobili idarə etmək üçün pilot vəsiqəsi lazım olacaq - FOTO/VİDEO
Çinin “XPeng” startapı 2025-ci ilə qədər “AeroHT” uçan elektrik avtomobilini kütləvi istehsala buraxmağı hədəfləyir. İstehsalçı gələcəyin avtomobilinin dəyərini 140 000 dollar (238 000 manat) civarında qiymətləndirir.
“Airmobil” on metrlərlə hündürlüyə qalxa bilir. Bu işdə ona səkkiz pər və dörd güclü mühərrik kömək edəcək.
Elektriklə işləyən avtomobil çox vaxt yerdə hərəkət edəcək. O, yalnız maneələri və ya tıxacları dəf etmək üçün havaya qalxacaq.
Startapın yaradıcısı Çjao Delinin sözlərinə görə, onun şirkətinin yolunda əsas problem texnoloji çağırışlar deyil, tənzimləyicilərin məhdudiyyətləridir. Belə bir avtomobilin sahibinə həm sürücülük, həm də pilot vəsiqəsi lazım olacaq.
Hazırda “AeroHT” həmçinin hava taksisinin yaradılması üzərində işləyir.
Qeyd edək ki, maşının nümayiş uçuşları 2022-ci ilin oktyabrında Dubayda həyata keçirilib.
Mənbə: Bloomberg
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb