ABŞ-ın Steyten-Aylend yaşayış məntəqəsində Mur katolik məktəbinin müəllimi 24 yaşlı Meqan Mahoni 16 yaşlı məktəb şagirdini zorlamaqda ittiham edilir.
Oxu.Az xəbər verir ki, polis gənc qızı ötən ilin Hellouin bayramı və 9 yanvar 2014-cü ilədək 16 yaşlı oğlanla 30 dəfə yaxınlıq etməkdə günahkar bilir.
Bildirilir ki, bazar ertəsi həbs edilən Mahoni bu işlə hətta məktəbdə də məşğul olub.
Polisin məlumatına görə, Mahoni gənc oğlanla həftədə ən azı 2 dəfə birlikdə olublar. Polisin araşdırması bəzi görüşlərin hətta məktəbdə də baş verdiyini ortaya çıxarıb.
İndi gənc qız törətdiyi cinayətə görə ömrünün 4 ilini həbsdə keçirə bilər. Hələlik Meqan Mahoni girov müqabilində azadlığa buraxılıb.