ATV-nin aparıcısı Ramin İbrahimovun nişanı olub.
Oxu.Az-ın məlumatına görə, aparıcı bu haqda İnstaqram səhifəsində yazıb:
“Çox sevincliyəm. Allah hamımıza belə gözəl gün nəsib etsin. Sevdiyim xanımla, ilk baxışdan aşiq olduğum mələyimlə rəsmən nişanlanıram”.
Qeyd edək ki, ötən ay cütlüyün “həri” mərasimi olub.
