Kompüterlər, şəxsi sənədlər, telefonlarımıza qoyduğumuz parollar bəzən o qədər bəsit olur ki, onları sındırmaq üçün heç bir hakerə ehtiyac belə qalmır. Parollarla bağlı nəzarəti həyata keçirən “SplashData” hər il müntəzəm olaraq ən pis və asan parolların siyahısını hazırlayır. Adətən bu siyahıya 25 uğursuz parol daxil olur.
Oxu.Az xəbər verir ki, “SplashData” artıq 2014-cü ilin nəticələrini elan edib. İlk siyahıda isə böyük ehtimal tənbəllikdən qoyulan “123456” kombinasiyasıdır.
Siyahının ikinci pilləsində “password” (parol), üçüncüdə isə “qwerty” qərarlaşıb.
Siyahıya düşən şifrələrin heç biri demək olar ki, heç bir yaradıcılıq, gizlilik düşünülmədən qoyulub.
İlk onluqda yer alanlar isə belədir.
1. 123456
2. password
3. 12345
4. 12345678
5. qwerty
6. 123456789
7. 1234
8. dragon
9. football
10. 1234567
E.Ə.
www.oxu.az