Polşada unikal əməliyyat keçirilib.
Oxu.Az-ın ANS PRESS-ə istinadla məlumatına görə, əməliyyat zamanı üzü şişlərlə örtülü olan 26 yaşlı qız dəhşətli bəladan xila olunub.
Belə ki, 26 yaşlı Janna üzündəki şişlərə görə qidanı çeynəyə və uda bilmirdi. Qızı bu bəladan Adam Macejevski xilas edib.
Əməliyyat 23 saat davam edib.
Əməliyyatdan sonra Janna yeni sifətə sahib olub. Həkimin sözlərinə görə, əməliyyat uğurlu olub və xəstənin 80 faiz sağalma ümidi var.
Hazırda xəstə həkim nəzarəti altında müalicə olunur.