Goranboy sakininə məxsus retro avtomobil görənlərin marağına səbəb olur. Fərqli görünüşə malik avtomobilin nə az, nə çox, 80 yaşı var.
Oxu.Az “Xəzər” TV-yə istinadən xəbər verir ki, ilk dəfə görənlər bu avtomobilin 1937-ci ildə istehsal edildiyinə inanmırlar.
Yollarda şütüyən zaman isə hər kəs ayaq saxlayıb avtomobili izləyir. Almaniyada istehsal edilən, daha çox bu ölkədə filmlərdə çəkilən “BMV-328” Goranboya 7 il əvvəl gətirilib. Retro avtomobil rayon sakini Nazim Tanrıverdiyevə Ukraynadan hədiyyə göndərilib.
Rəngi ilə daha çox diqqət çəkən BMV-nin qapıları da fərqli formada açılır.
Avtomobilin sahibi deyir ki, yüksək məbləğdə pul verərək avtomobili satın almaq istəyənlər də olub. Lakin o, bu avtomobilin hədiyyə olduğunu, bu səbəbdən də heç kəsə satmayacağını bildirib.
İ.N