Ağstafa rayonunda minik avtomobili üç nəfəri vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində bir qadın həyatını itirib, orta yaşlı kişi və azyaşlı uşaq isə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hüquq-mühafizə orqanları ölən qadının və xəsarət alanların şəxsiyyətini müəyyənləşdirir.