Almaniyanın cənub-qərbində yerləşən Reynland-Pfalts federal əyalətində meteorit parçalarının yaşayış evlərinə ziyan vurduğu bildirilib.
Oxu.Az xəbər verir ki, məlumatı DPA agentliyi yayıb.
Hadisə martın 8-də axşam saatlarında baş verib.
Meteorit parçalarının düşməsi nəticəsində evlərin damlarına və yaşayış binalarına zərər dəyib.
Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd olunur.