Amerikanın ən bahalı evinin fotoları yayımlanıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu ev ABŞ-ın Florida ştatında yerləşir. Le Palais Royal adlı malikanə Amerikanın ən bahalı evidir.
5574 kvadratmetrlik ərazini əhatə edən malikanənin dəyəri 139 milyon dollardır. Arxitekturası ilə xüsusi diqqət çəkən dəbdəbəli ev görənləri valeh edir.
30 nəqliyyat vasitəsi üçün qarajı olan evin böyük üzmə hovuzu da var.
Amerikanın ən bahalı evinin fotolarını sizə təqdim edirik: