Türkiyənin Mersin şəhərində qəribə dəfn mərasimi keçirilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Mehmet Dəniz adlı tələbəni 16 yaşlı sürücünün idarə etdiyi avtomobil vurub öldürüb. Həmin oğlanın dəfn mərasimində anası qəribə hərəkət edib. Qadının istəyi ilə dəfnə musiqi ansamblı dəvət edilib.
Gənc yaşında həyatdan köçmüş oğlan zurna-nağaranın sədaları altında, anası və digər doğmalarının rəqsinin müşayiəti ilə son mənzilə yola salınıb.