Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayevin arvadı Mayra Nazarbayeva-Kurmanqaliyevanın Qazaxıstan hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə xəbər vermişdik.
Oxu.Az Azerfax.az-a istinadən xəbər verir ki, M.Nazarbayeva prezidentin qardaşına məxsus malikanələri və bahalı daş-qaşları mənimsəməkdə ittiham olunur.
Qazaxıstan mətbuatında Mayra barədə gedən yazılarda onun geniş əlaqələrindən də bəhs olunur. Yeri gəlmişkən, M.Nazarbayeva birinci nikahdan olan oğlu Daniyara Malayziyanın baş nazirinin qızını alıb. Özü isə azərbaycanlı iş adamı Zaur Abdullayevlə birgə yaşayır.
Bu günlərdə isə Mayra ilə bağlı daha bir maraqlı məqam ortaya çıxıb. Məlum olub ki, onun Rusiyanın biznes adamları ilə də geniş əlaqələri var. Bu sırada azərbaycanlı iş adamı Telman İsmayılovun da adı çəkilir. Qazaxıstan mətbuatı Mayranın “AST Telman”la isti münasibətinin hansı tellərlə bağlı olduğunu araşdırmağa çalışır.
Bu kimi xəbərlərdə Mayranın T.İsmayılovla birgə çəkdirdiyi foto da təqdim olunur.
