Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonu ərazisində “Dongpeng” markalı yük avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 1977-ci il təvəllüdlü Reyhani Seyidməhəmməd Mirkazım oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 18:39-da başa çatıb.
S.B.
www.oxu.az