29 aprel 2017-ci il tarixində “Mercedes-Benz” markalı avtomobillərin Azərbaycanda rəsmi tərəfdaşı “Autostar Kaukasus GmbH” şirkəti avtomobillərin sınaq yürüşü (test drive) tədbirini həyata keçirdi.
Tədbir Xəzərin sahilində, “Boulevard Hotel Baku Avtograph Collection”da baş tutdu.
“Autostar Kaukasus” tədbirdə maksimal sayda - 6 test drive 3 sərgi avtomobillərini təqdim etdi.
Belə ki, aralarında kifayət qədər tanınmış jurnalistlərdən, məşhur incəsənət xadimlərindən, idmançılardan, o cümlədən iş adamlarından ibarət iştirakçılar təqdim edilən avtomobilləri sürmək üçün növbəyə qoşuldular.
“Autostar Kaukasus” şirkətinin tədbirdə təqdim etdiyi “C klass”, “E-klass”, “GLC coupe”, GLE, GLS və “V klass” avtomobillərinə olan maraq olduqca yüksək idi.
Şirkətdən verilən məlumata görə, ən çox maraq GLS, GLE və “E-klass” modellərinə idi. Bunu test yürüşünə növbəyə duran iştirakçıların sayından da müşahidə etmək olardı.
Tədbir yüksək səviyyədə təşkil edilmişdi. Belə ki, növbə ilə prestijli avtomobilləri sürməyi gözləyənlər DJ Seymin zövqlü musiqi sədaları altında “Boulevard Hotel Baku Avtograph Collection” hotelinin ləziz təamlarından dadaraq maraqlı və əyləncəli vaxt keçirdilər.
Qeyd etdiyimiz kimi, test yürüşünə təqdim edilən avtomobillərdən başqa, “Autostar Kaukasus” şirkəti daha 3 avtomobilini - “Mercedes Benz E43”, CLA, GLC modellərini sərgilədi.
Qeyd edək ki, Babək prospekti 1145 ünvanında yerləşən “Autostar Kaukasus GmbH” şirkəti 2001-ci ildən etibarən məşhur avtomobil brendi “Mercedes Benz” markalı avtomobillərin istehsalçısı “Daimler AG” şirkətinin Azərbaycanda rəsmi tərəfdaşıdır.
Şirkət “Mercedes-Benz” markalı avtomobillərlə yanaşı, ehtiyat hissələrinin, aksessuarların zəmanətlə satışını və avtomobillərin servis xidmətlərini həyata keçirir.
U.A.
www.oxu.az