Ludviq Dolezal mütəmadi olaraq öz əşyalarını çex qışının şaxtasından qorunmaq üçün yandırır.
Oxu.Az The Mirror-a istinadən xəbər verir ki, onun qırışlı üzü, ağ saqqalı və saçları hisdən qaralıb. Bu evsiz adam Avropada ən çirkli adam kimi məşhurdur.
Qış gecələrində Ludviq şaxtadan qorunmaq üçün isti külün içində yatır.
“Mən isinmək üçün elə paltarlı yatıram. Bilirəm ki, cəhənnəmdən gələnə oxşayıram. Mənim döşəklərim var idi, amma onları yandırmışam. Xeyirxah insanlar mənə yardım edirlər, yandırmaq üçün şinlər gətirirlər”, - deyib.
Çoxu deyir ki, onun psixoloji problemləri var, amma onun həyat tərzi sərt şaxtalardan qorunmağa yardım edir.
Ona 98 avro vəsait ödəyirlər, amma yandırmasın deyə hamısını birdən vermirlər.
Bundan başqa, gündəlik 20 siqaret alır və and içir ki, siqaret çəkməyi heç vaxt tərgitməyəcək.
Aliyə İsmayılzadə
www.oxu.az