Fotoqrafçı Amos Çapl Avropanın bəzi guşələrinin qeyri-adi rakursdan görüntülərini əldə edib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, möhtəşəm rakursları ərsəyə gətirmək üçün Çapl drondan istifadə edib.
Qeyd edək ki, səmadan çəkilmiş şəkillər Avropanın Fransa və Almaniyadan tutmuş İspaniya və Rusiyayadək böyük bir ərazisini əhatə edir.
Şəkillərdə bu ölkələrin dünya mədəni irsində olan abidələri yer alır.
Məhz elə bu gözəlliklərdir ki, Avropanı hamı üçün belə cazibədar edir.

İspaniyanın Barselona şəhəri “Eixaple” məhəlləsində yerləşən tikintisi bitməmiş “Antoni Gaudi” kilsəsinin qüllələri və “Sagrada Familia” bazilikası.

Yenə Barselonadan möhtəşəm bir görüntü: Təpəlikdə yerləşən “Sagrat Cor” kilsəsinin qülləsi buludlara qərq olub.

Hollandiyanın Qroningen şəhəri: “Bourtange” qəsəbəsində yerləşən və yuxarıdan ulduz formasında olan “Fort Bourtang” qalası.

Parisin ən məşhur və ən çox fotosu çəkilən binalarından olan “Coeur” bazilikası (Sacre Coeur). Baxmayaraq ki, fransızların özləri bu abidəyə birmənalı münasibət göstərmir. Fransa üçün bu kilsə həm siyasi, həm də dini baxımdan mühüm məna kəsb edir.

İstanbulda Mərmərə dənizi istiqamətində görünən üfüq mənzərəsi və ən məşhur məscidləri: Ayasofiya, Sultanəhməd.

Kür çayının sahilində olan Tiflis.

Avropanın mərkəzində yerləşən Budapeşt: Azadlıq heykəli.

Estoniya parlamentinin yerləşdiyi Tompea binası. Bu bina paytaxt Tallinin “UNESCO”nun Dünya İrsi siyahısına daxil olan mərkəzində yerləşir.

Almaniya: Drezdendən şimal-qərbdə yerləşən Maqdeburq şəhərinin su kanalı kimi fəaliyyət göstərən su körpüsü.

İtaliya: Triest körfəzində “Faro della Viktoriya” mayakı qürub çağında.