Avstraliyada ac piton Pələng ləqəbli pişiyi yeyib və boğulub ölüb, Oxu.Az The Cairns Post-a istinadən xəbər verir.
Ötən bazar günü Klifton-Biç sakini Frensis Beksiv bir neçə gün əvvəl itmiş 16 yaşlı pişiyini axtarmağa başlayıb. Həyətə çıxan avstraliyalı kolluqdan pis iy hiss edib və yaxınlaşdıqda ölü pitonu aşkarlayıb. İlanın uzunluğu ən azı 3,5 m təşkil edib.
Bevis pitonu kənara çəkib çıxardıqda, ilanın qarnı yarılıb və o, Pələngin qalıqlarını görüb.
Sahibinin sözlərinə görə, ilan böyük ehtimalla pişiyi yedikdən sonra boğulub.
“Pişik qocalmışdı və ağlını itirmişdi. Lakin necə olsa da, o qaydasında idi, heç vaxt xəstələnmirdi və indi biz onu itirdik”, - deyə, avstraliyalı bildirib.
Qeyd edək ki, Avstraliyada yaşayan pitonların uzunluğu 8 metri ötə bilər. Bu ilanlar böyük məməliləri, o cümlədən kenquruları uda bilirlər.