Eyni avtomobil üçün ehtiyat hissələrinin qiyməti biri-birindən 2-3, hətta 5 dəfəyə qədər fərqlənir.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, original və müxtəlif firmaların ehtiyat hissələri olan belə mallar, sürücülərin çaşğınlığına səbəb olur.
Ustalar isə sürücüləri diqqətli olmağa çağırır. Bu detalları fərqləndirən ən əsas xüsusiyyət isə birinin avtomobilin öz zavodunun, digərinin isə müxtəlif firmaların istehsalı olmasıdır.
Satıcılar bildirir ki, sürücülər əsasən, qiyməti ucuz olduqu üçün orijinal olmayan ehtiyat hissələrinə üstünlük verirlər. Avtomobil ustaları isə bunu doğru saymır. Onların sözlərinə görə, firma malının keyfiyyəti orijinal malın keyfiyyətindən aşağı olur, bu isə avtomobilin digər hissələrinin də sıradan çıxmasına səbəb olar bilir.
Original olmayan ehtiyat hissələri tez xarab olduğu üçün sürücülər ilə usta və ya satıcılar arasında mübahisələrin yaşanmasına da səbəb olur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İ.N.