Yol hərəkəti haqqında qanunda bildirilir ki, avtomobili lazımsız yerə az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq qadağandır.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına əsasən, inzibati xətalar məcəlləsində bununla bağlı cərimə nəzərdə tutulmayıb.
Ekspertlərə görə, bu boşluqdan sui-istifadə edən sürücülər var. Buna görə də, qanunun təkmilləşdirilməyə ehtiyacı var.
Bəzi sürücülər də elə bu şəxs kimi edir. Yəni sürət həddi 120-lik yolda 80-lə, 100-lük yolda isə 60-la avtomobil sürənlər az deyil. Bu isə digər nəqliyyat vasitələrinə maneələr yaratmaq deməkdir.
Ekspert Azər Allahverənovun sözlərinə görə, Yol hərəkəti haqqında qanuna görə, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq qadağandır.
Ekspertin fikrincə, məcəllədə bu qadağa ilə bağlı sanksiyanın nəzərdə tutulmaması sürücülər tərəfindən sui-istifadə hallarına gətirib çıxarır
Azər Allahverənov qeyd edir ki, bu kimi sui-istifadə hallarının qarşısını almaq üçün mütləq qanunvericilik təkmilləşdiriləmlidir və bəzi qadağalara görə, cərimə nəzərdə tutulmalıdır.
Sürücülərin bu cür qadağalara məhəl qoymaması qəzaların sayının artmasını qaçılmaz edə bilər.
S.B.
www.oxu.az