Azərbaycan avtomobil idxalında “Avro-4” standartının tətbiqinə başlayıb. Artıq ölkəyə yalnız “Avro-4” standartının tələblərinə cavab verə biləcək avtomobillər idxal olunacaq.
Oxu.Az Milli.Az-a istinadən bildirir ki, ARB TV-nin “Günə doğru” proqramında mövzu ilə bağlı maraqlı reportaj yayımlanıb.
Bölgələrdə, xüsusilə kənd yerlərində Rusiya istehsalı olan köhnə avtomobillər əvəzolunmaz nəqliyyat növüdür. Çünki bu avtomobillərdən bəzən həm yük, həm də minik avtomobili kimi istifadə olunur. Onların dözümlülük göstəricisi isə digər xarici avtomobillərdən daha üstündür. Belə olduğu təqdirdə də qiymətindən asılı olmayaraq bəzən əksər sakinlər məhz Rusiya istehsalı olan avtomobillərə üstünlük verməli olurlar.
Bu avtomobillərin müəyyən qədər ucuz olması, onların ehtiyat hissələrinin hər yerdə satılması və bu avtomobillərdən başı çıxan kifayət qədər ustanın olması da belə onlara meyili artırır.
Ətraflı reportajı təqdim edirik:
İ.N.