Azərbaycanlı oliqarx dünyanın ən bahalı “penthaus”unda məskunlaşmaq istəyir.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Daha öncə dünyanın ən bahalı “penthaus”unun Monakoda olduğu qeyd edilir. Şüşədən olan “Odeon Tower”dəki 5 mərtəbəli “penthaus”dan Aralıq dənizinə mənzərə açılır. Bu möhtəşəm mənzərəli ev gələn il 400 milyon dollara satışa çıxacaq.
Burada idman zalı, sauna, kinoteatr, kitabxana, yataq otağı, bar, tennis kortu, bilyard zalı var. Mebellər təbii dəridən və qırmızı ağacdandır. “Penthaus”da özünün şəlalələri ilə əhatələnmiş hovuz da var.
“Bu “penthaus” çox varlı insanlar üçün nəzərdə tutulub”, - deyə alqı-satqı ilə məşğul olan şirkətin rəhbəri Edvard de Mallet Morqan deyib. “Knight Frank” şirkətinin rəhbərinin sözlərinə görə, “Odeon Tower”də artıq 250 mənzildən 26-sı satılıb. Dəbdəbəli “penthaus”la Rusiya, Qazaxıstandan olan oliqarxlar maraqlanıblar. Bu möhtəşəm mənzilə sahib olanlar arasında Azərbaycandan olan və adı açıqlanmayan oliqarxın da adı var.
