Azərbaycanda Qurban bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı dəyişə bilər.
Oxu.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, ayın görünməsindən asılı olaraq bayram namazı oktyabrın 4-ü və ya 5-i səhər saat 9:00-da qılına bilər.
İdarədən o da bildirilib ki, “Təzə Pir” məscidində bayram namazı oktyabrın 5-i səhər saat 9:00-da qılınacaq.
Lakin Qurban bayramının dəqiq vaxtı ayın görünməsindən asılı olduğu üçün ay göründüyü təqdirdə oktyabrın 4-ü də bayram namazı qılına bilər.
“İstənilən halda oktyabrın 4-ü “Təzə Pir” məscidində bayram namazı qılmaq istəyən olsa, onların da bayram namazı qılmaları üçün hər cür şərait yaradılacaq”, - deyə QMİ-dən bildirilib.
Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-ü və 5-i qeyd ediləcək.