Müğənni Yaşar Cəlilov qəzaya düşüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Heydər Əliyev adına sarayın yaxınlığında qeydə alınıb.
İfaçının “Volkswagen Touareg” markalı avtomobili yolda aşıb. Hadisə nəticəsində Yaşar Cəlilov xəsarət almasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hazırda müğənninin vəziyyətinin yaxşı olduğu deyilir.
S.B.
www.oxu.az