Bakının Zığ yolu şosesində baş vermiş zəncirvari qəzada 5 avtomobilə ziyan dəyib.
Oxu.Az xəbər verir ki, Avtosfer.az-ın Baş Dövlət Yol Polisi İdarəsinə istinadən təqdim etdiyi görüntülər maraqlı məqamları ortaya çıxarıb.
Videodan aydın olur ki, hər iki sürücü səhvə yol verib. Birincisi, “Mercedes” sol zolaqla hərəkət etdiyi halda qəflətən sağ zolağa hərəkət edir.
Görüntülərə əsasən demək olar ki, avtomobil sanki öz-özünə gedir, yəni sürücü ya yuxulayıb, ya da idarəetməni itirib. İkinci məqam isə odur ki, “Mercedes”in vurduğu qara avtomobil ikinci zolaqda dayanıb.
Lakin situasiya göstərir ki, həmin avtomobil olmasaydı belə “Mercedes” yol kənarında dayanan avtomobillərdən biri ilə mütləq toqquşacaqdı.
E.Ə.
www.oxu.az