Bakıda maşın yoldan keçən şəxsi vuraraq öldürüb.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 3-də, saat 08.00 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qusar rayon sakini Samir Mehdiyev vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
A.M.