Paytaxtda maraqlı hadisə yaşanıb. Fərhad adlı 23 yaşlı gənc sevdiyi qıza doğum günü sürprizi hazırlayıb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, o, öz sevdiyini insanların sevgisi ilə təsirləndirib.
Fərhadla Park Bulvara gələn Elnarəyə tanımadığı adamlar hətta mağazaların işçiləri rəngli şarlar və çiçəklər bağışlayıb. Nağıllar aləminə düşən Elnarəyə pilləkənlərdə rastlaşdığı insanlar da xoş arzular diləyib və hədiyyələr veriblər. Sonuncu mərtəbədə dostlarının sevgi şüarları ilə qarşılanan gənclər unudulmaz bir gün yaşayıb.
Beləliklə, Fərhad Elnarə üçün “Fərhad və Şirin” dastanındakı kimi Bisütun dağını yarmasa da, “Weddinq Art House”un reallaşdırdığı maraqlı kompozisiya ilə onun ürəyini fəth edə bilib. Həmin görüntüləri təqdim edirik.